Kateqoriyasız

“Sürix”in futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

“Sürix”in futbolçusu Blerim Cemayli “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununu buraxa bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçunun İsveçrə çempionatının II turunda  “Lütsern”lə qolsuz heç-heçə etdikləri oyundan sonra əzələsində problem aşkarlanıb. 36 yaşlı yarımmüdafiəçinin durumunun tibbi müayinədən sonra bəlli olacağı bildirilir.

İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. İlk matçda Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43