Kateqoriyasız

“…sürprizlərlə qarşılaşa bilərsən” – Qurban Qurbanov

“APOEL-in gücü hər kəsə məlumdur, hesab edirəm ki, bu haqda ətraflı danışmağa ehtiyac yoxdur. Ötən mövsümə nisbətən rəqibin heyətində ciddi dəyişikliklər olub, bəzən belə məqamlarda bu dəyişikliklər komandanın xeyrinə olur. Çünki komandanın ötən mövsümkü heyətini analiz etdikdə bu mövsüm oyunlarda sürprizlərlə qarşılaşa bilərsən”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rəqibin heyətində sürətli, təhlükəli futbolçular kifayət qədərdir: “Ona görə kimisə fərqləndirmək istəməzdim. Biz də çalışıb diqqətli oynamalıyıq, səhvlərə yol verməməliyik. Rəqibin azarkeşləri çox çılğındırlar, sayları az olsa belə stadionu dolu göstərməyə çalışacaqlar. Təbii ki, dolu tribunalar önündə oynamaq xoşdur. Amma biz yalnız meydana konsentrasiya olmalıyıq”.

Qeyd edək ki, APOEL – “Qarabağ” görüşü sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43