Müsahibə

“…sürprizlər “yumurta”dan çıxır” – MÜSAHİBƏ

Azərbaycanda yaşca ən cavan fan klublardan biridir. Vur –tut iki aydir ki fəaliyyətə başlayib. Amma dinamik inkişafi ,çılğınlıqları , eləcə də sistemli şəkildə öz sevimli komandalarını dəstəkləməsi ilə çox fan-klubları geridə qoydu. Söhbət hər yanda adından söz etdirən “Nəqşicahan” Azad Azarkeşlər Klubundan gedir. Həmsöhbətim klubun İdarə Heyətinin üzvi İlqar Qulusoydur.

– İlqar müəllim, sloqanlarınız belə özünüzə məxsusdur – “Araz harda, biz orda”. Hiss olunur ki, bu məşhur şüarınızı nahaq yerə səsləndirmirsiz. Fan-klub olaraq həmişə “Araz-Naxçıvan”ın yanındasınız…

– Əsas odur ki, insanin içində sevgi olsun, istək olsun. Və birdə hər şey ürəkdən gələndə gözəl olur. Bizdə “Nəqşicahan”ı yaradanda ürəyimizi ortaya qoyduq. Ətrafımıza da həqiqətən futbolu sevən, ələlxüsus da “Araz-Naxcıvan”ın qələbələri üçün çalışan azarkeşləri cəlb elədik. “Araz- Naxcıvan”ı səfər oyunlarında tək qoymamaq üçün əlimizdən gələni etməyə çalışırıq. Əslində “Nəqşicahan” Azad Azarkeşlər Klubu olaraq məqsədimiz sevimli komandamızı əsasən səfər oyunlarında tək qoymamaq, 90 dəqiqə onlara dəstək olmaq, qısası qələbəyə ruhlandırmaqdır. Bu baxımdan komandamızın yanındayıq. Ümidvaram ki, buna qismən də olsa nail olmuşuq.

“Araz –Naxçıvan” səfər oyunlarını belə evdəki kimi rahat oynayır, qələbələri ard-arda sıralayır. Futbol psixologiyasında azarkeş dəstəyi həmişə xüsusi rol oynayıb. Komandaların ev oyunlarında güclü oynamasının bir səbəbi də budur. İki gün bundan öncə Azərbaycan kubokunun 1/8 final matçında “Araz-Naxçıvan” doğma divarlar arasında “Simurq” komandasına qalib gəldi. Həmin oyundan bir epizodu deyim. Artırma dəqiqələrində belə tablodakı 2-2-lik hesab dəyişmədiyi üçün oyun 11 metrlik zərbələrə getdi. İlk olaraq topa “Araz-Naxçıvan”nn oyunçusu Eşqin Quliyev yaxınlaşdı və qapıçı topu qaytardı. Düzdü, penalti zərbələrinə görə “Araz-Naxçıvan” Simurq”u kubokdan kənarlaşdırdı. Penaltidən yararlana bilməməsi bir futbolçu kimi Eşqinə psixoloji zərbə ola bilərdi. Depresiyaya düşər, digər oyunlarda da bu ona psixoloji problem yaradardı. Dünən biz “ultrAraz” fanklubunun təklifinə müsbət yanaşaraq facebook sosial şəbəkəsində hər bir “Araz-Naxçıvan”ı dəstəkləyən azarkeşlərdən xahiş etdik ki, profil şəklini dəyişib Eşqinin şəklini qoysun. Eşqin bundan xəbər tutanda sevincindən gözləri yaşarıb. Azarkeşlərin bu hərəkəti ona stimul verib. Komandanın yanında olmaq məhz elə bundan başlayır.

– “Simurq”la oyundan söhbət düşmüşkən… Zaqatala təmsilçisini kubokdan kənarlaşdırmaq çoxlarına sürpriz kimi görsənirdi. Amma “Araz-Naxçıvan” bunu bacardı..

– Oyunu surpriz kimi qiymətləndirənlərə baş məşqçimiz Əsgər Abdullayev yaxşı cavab verdi ki, surprizlər “yumurta”dan çıxır, daha stadiondan yox. “Araz-Naxçıvan” həqiqətən oyuna ciddi hazırlaşmışdı. “Simurq”u yaxşı analiz etmək öz müsbət bəhrəsini verdi. “Araz-Naxçıvan” hesabda iki dəfə geri düşməsinə baxmayaraq hesaba tarazlıq gətirməyi bacardı. Təbii ki, daha istəkli tərəf qalib gəldi. Komandanı belə gərgin oyunda tək qoymamaq üçün “Nəqşicahan” AAK-nın 8 üzvü muxtar respublikaya səfər etdik. Həm oyunu canlı izlədik, həm də sevimli komandamızı sona kimi dəstəklədik. Oyundan sonra stadionda oyunçuları təbrik etmək üçün sahəyə çıxdıq. Futbolçular bizi görən kimi məşhur “Qırmızı bəyaz, Çempion Araz” sloqanımızı səsləndirdilər. Bunu sadəcə görmək lazim idi.

– Qarşıda hansı planlarınız var?

– Qarşıda “Neftçala” səfərimiz var. “Araz-Naxçıvan” vacib 3 xalı Neftçalada mütləq qazanmalıdı. Hələ ki, bizim xal itirməyə vaxtımız yoxdu. Fanklub olaraq böyük bir heyətlə Neftçalaya yollanacağıq. Klubumuzun əsasnaməsini hazırlamışıq və yəqin ki yaxın günlərdə qeydiyyat məsələmiz yekunlaşacaq. Bundan sonra aktiv olaraq üzvlərin qəbulu başlanılacaq. Bugün nə qədər “Araz-Naxçıvan”ı dəstəkləyən insanlar var, üzv olmaq istəyirlər. Sadəcə müəyyən səbəblərdən üzvlük məsələsini “dondurmuşuq”. Əsasnamə çərçivəsində müxtəlif tədbirlər keçirəcəyik. Həmçinin bildiyiniz kimi “Nəqşicahan” AAK olaraq ilk dəfə üstündə “Araz-Naxçıvan”ın loqosu ilə papaqlar hazırlatdıq. Geyimlərimiz, atribut və digər piar avadanlıqlarının qısa zamanda sifarişini verməliyik. Sadəcə hər şeyi birdən etmək olmur. Bundan əlavə daha böyük proyektlər üzərində işləyirik ki, bunun nəticəsini inşallah görəcəksiniz.

– Bəs bunların qarşılığı olaraq “Araz-Naxçıvan”dan nə gözləyirsiz?

– Sizcə azarkeş öz sevimli komandasından nə gözləyə bilər? İstəyimiz qələbə, qələbə, yenə də qələbədir.

Söhbətləşdi: Emin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Türkiyə futbolundakı xaos futbolçularımızdan da yan keçmədi: “Madriddə oynamırame…”

admin

“İran çempionatı Azərbaycan Premyer Liqasından daha güclüdü” (MÜSAHİBƏ)

admin

“Neftçi”də bir neçə futbolçu ilə paltardəyişmə otağını bölüşmüşük” – Stiven Monroz

admin