Ölkə futbolu

Şüvəlanda darmadağın

AZAL yığma komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, “AZAL Arena”da baş tutan qarşlaşmada əsas komanda əvəzedicilərlə qarşılaşıb.

“1-ci komanda” hər hissədə 3 qol vuraraq yekunda 6:0 hesablı qələbə qazanıb. Qolları Rəşad Abdullayev (12-p.), Təmkin Xəlilzadə (35; 40), Con Kordoba (62) və Freddi Mombonqo (64; 72) vurub.

Qeyd edək ki, “təyyarəçilər” bu gün istirahət edəcək. Bazar ertəsindən etibarən isə birbaşa Premyer Liqanın 5-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la görüşə hazırlığa start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43