Dünya futbolu

Şvaynştayger “Mançester Yunayted”dən ayrıldı

“Mançester Yunayted”in almaniyalı futbolçusu Bastian Şvaynştayger komandadan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

“Mançester Yunayted”in mətbuat xidməti Bastian Şvaynştaygerin “Çikaqo Fayr” komandasına keçidini təsdiq edib. Hər iki komanda və 32 yaşlı futbolçu keçidlə bağlı razılığa gəliblər.

Şvaynştayger tibbi müayinədən keçdikdən sonra yeni komandasıyla müqavilə imzalayacaq.

Qeyd edək ki, almaniyalı yarımmüdafiəçi ABŞ klubu ilə 1+1 qaydası ilə sözləşmə imzalayacaq və ildə 4,5 milyon avro məvacib əldə edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43