Dünya futbolu

Şvaynştayger rəsmən ABŞ klubunda

“Mançester Yunayted”in futbolçusu Bastian Şvaynştaygerin ABŞ-ın “Çikaqo” klubuna keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda ilinə 4,5 milyon avro maaş alacaq.

Qeyd edək ki, Şvaynştayger bu mövsüm “Mançester Yunayted”də cəmi 4 matçda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43