Ölkə futbolu

Sxadadze bolqarıstanlı forvardla bağlı qərarını açıqladı – ÖZƏL

Avroliqada ölkəmizi təmsil edəcək Bakının "İnter" klubu Avstriyada təlim-məşq toplantısını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Bank klubunun düşərgəsinə gələn İvaylo Dmitrov haqda Sxadadze yekun qərarını açıqlayıb.

Paytaxt klubunun gürcüstanlı çalışdırıcısı Bolqarıstanın ikinci liqa klublarından olan "Dobridza Dobriç" klubunun şərəfini qoruyan hücumçunun bəyənməyib və oyunçu bugün vətəninə geri göndərilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43