Dünyadan

Sxadadze “İnter”in 3 futbolçusunu milliyə çağırdı

Beynəlxalq yoldaşlıq oyununda Malta, “Avro-2016″nın seçmə mərhələsində isə Almaniya ilə qarşılaşacaq Gürcüstan millisinin heyəti müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Kaxaber Sxadadze həmin qarşılaşmalar üçün 29 futbolçuya dəvət göndərib.

K.Sxadadze hazırda çalışdırdığı Bakı “İnter”indən 3 futbolçunu yığmaya dəvət edib. Bunlar müdafiəçi Aleksandr Amisulaşvili, Laşa Salukvadze və hücumçu Baçana Tsxadadzedir.

Qeyd edək ki, martın 25-də Malta ilə yoxlama matçında qüvvəsini sınayacaq Gürcüstan millisi 4 gün sonra “Avro-2016″nın seçmə mərhələsində Almaniya ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43