Ölkə futbolu

Sxadadze: “Qırmızı vərəqə planlarımızı korladı”

“Qəbələ”nin baş məşqçisi “Səbail” məğlubiyyətinin ardından mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.

İdmanxeber.az mütəxəssisin fikirləri ilə sizi tanış edir:

“Nə deyə bilərəm? Əhvalım yaxşı deyil. Oyuna çox gözəl başladıq. Qırmızı vərəqə planlarımızı korladı. Rəqib standart vəziyyətlərdən istifadə etdi. Bundan başqa qol imkanları yox idi. “Qarabağ”la oyunun ilk hissəsində çox yaxşı çıxış etdik. Bu gün onun 10 qatını bacardıq. Nələrisə dəyişməyə çalışırıq. Sonradan oyuna girənlər keyfiyyət göstərmədilər. Ümumiyyətlə bəzi futbolçularımızın keyfiyyəti aşağıdır. Bunu demək istəmirdim. Amma məcburam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43