Ölkə futbolu

Sxadadzenin israrla istədiyi transfer reallaşır: dəyəri 750 min, qazancı 200 min avro

Bakı “İnter”i ilə müqavilə bağlayacaq Vojislav Stankoviçin dəyəri 750 min avrodu.

İdmanxeber.com-un məlumatına görə, Serbiyanın “Partizan” klubunun sabiq kapitanı “İnter”lə iki illik müqaviləyə imza atacaq.

Belqrad klubu ilə müqaviləsi bitən 28 yaşlı müdafiəçi azad futbolçu kimi “İnter”ə keçir. Məhz bu keçidə görə “bankilər” qarşı tərəfə heç bir məbləğ ödəməyəcək. 

Stankoviçin “İnter”dəki qazancı ilə bağlı rəsmi məlumat olmasa da, əldə etdiyimiz məlumata görə onun Bank klubundakı qazancı təxmini 200 min avro olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43