Ölkə futbolu

Sxadadzenin istəyi ilə “İnter”dən ayrılacaq üç futbolçunun adı bizdə!

Bakı "İnter"i yayda 3 futbolçu ilə yollarını ayıracaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, "bankirlər" çexiyalı hücumçu İbo Tobonski, kosta-rikalı yarımmüdafiəçi Dieqo Madriqal və Elhad Nəziriyə qapını göstərəcək. Kaxaber Sxadadze əsas heyətə düşməkdə çətinlik çəkən bu 3 futbolçunu komandadan göndərəcək.

Bundan əlavə daha bir neçə futbolçu ilə yolların ayrılması gözlənilir. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43