Ölkə futbolu

Syomin birini təriflədi, birini isə…

“İlk hissədə göstərdiyimiz oyundan və alınan nəticədən razı qaldım. Dinamik oyun göstərdik, yaxşı qol epizodlarımız oldu. İkinci hissədə daha aşağı səviyyədə oynadıq, topa daha çox nəzarət etdik”. 

İdmanxeber.com PFL-in saytına istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Premyer Liqanın XV turunun açılış matçında “Rəvan”ı Kamananın yeganə qolu ilə məğlub edən əyalət klubunun çalışdırıcısı qələbəyə rəğmən komandadakı problemlərdən danışdı:

“Ötürmələrdə tələsirdik, bəzən oyunçular uzun ötürmələr verilən mövqelərdə olmurdular, buna görə də çoxlu top itirdik. Dodo öz mövqeyində əla oynayır, rəqibdən çoxlu top aldı. Assis çoxdandır ki, əsas heyətdə yer almırdı. Fiziki cəhətdən hazırlıqsız olması oyunda özünü göstərdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43