Premyer Liqa

Syomin: “Heç-heçəni ədalətli nəticə sayıram”

Topaz Premyer Liqasının 24-cü turunda “Simurq” doğma meydanda “Qəbələ” ilə qarşılaşdı. Komandaların səylərinə baxmayaraq, oyunda hesab açılmadı – 0:0.

Qonaq komandanın baş məşqçisi Yuri Syominin oyun haqda fikirləri ilə sizi tanış edirik:

“Bütün oyunlar gərgin keçir, heç-heçəni ədalətli nəticə sayıram. Oyun ərzində 1-2 real qol imkanımız oldu. Futbolçular var gücü ilə oynadılar, buna görə minnətdaram. Lakin bəzi epizodlarda keyfiyyətli son vuruşu vurmaq alınmadı, xüsusən də Mendi və Leonardoda. Bu gün 1 xal qazandıq. “Simurq” evində çox yaxşı oynayır, yaxşı müdafiə olunur”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43