Premyer Liqa

Syomin: “Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu…”

“İlk dəfədir burada qalib gəlirik. Nəticə çox yaxşıdır, futbolçular oyuna ciddi yanaşmışdılar”. Bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.

Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XXII turunun AZAL-la səfər oyunu haqda fikirlərini açıqlayıb. Syomin 2:1 hesablı qələbədən tam razı qalmayıb: “Oyunun keyfiyyəti ürəyimcə olmadı, daha yaxşı oynaya bilərdik. Bundan öncəki turda daha yaxşı oynamışdıq, lakin nəticə hər şeydən önəmlidir. Müdafiədə yaxşı oynadıq, AZAL-a qol imkanı vermədik. Səfərdə oynadığımız üçün özümüz də çox qol imkanı yaratmadıq. Rafael və Kamran bu gün çox yaxşı oynadılar, etimadı doğrultdular, Biz onlara etibar edirik, hər səhvə görə futbolçunu ehtiyata göndərmək olmaz. Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşdıra bilərəm. Hər kəs səhv edə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43