Ölkə futbolu

Təcrübəli futbolçu “Səbail”dən ayrıldı

Səbail”in müdafiəçisi Adil Nağıyev klubdan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə təcrübəli futbolçu instaqram hesabından paylaşım edib. O, rəhbərliyə və məşqçilər heyətinə təşəkkür edib:

“Klubla yolları ayırmaq qərarına gəldik. Üzərimdə əməyi olan hər kəsə minnətdaram. Hər zaman qəlbimdə olacaqsınız”.

Xatırladaq ki, “Səbail” mövsümü 7-ci sırada tamamlayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43