Dünya futbolu

Təcrübəli futbolçu yenidən milliyə qayıda bilər

“Real”ın yarımmüdafiəçisi Toni Kroos Almaniya millisinə qayıtmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı futbolçu Almaniyada keçiriləcək AVRO-2024 ərəfəsində yığmaya qayıtmaq niyyətindədir.

Kroos 2021-ci ilin yayında Avro-2020-dən sonra Almaniya millisindən ayrıldığını açıqlayıb. Onun millidə 106 matçda 17 qolu var.

Yarımmüdafiəçi 2014-cü ildən “Real”da çıxış edir. Bu mövsüm o, Madrid klubunun heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43