Dünya futbolu

Təcrübəli müdafiəçi yenidən futbola dönüb

Dieqo Qodin yenidən futbola dönüb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi ötən ilin iyulunda peşəkar futbol karyerasını bitirdiyini açıqlamışdı.

38 yaşlı uruqvaylı ölkəsinin “Poronqos” klubuyla müqavilə imzalayıb.

Qodin karyerasının böyük hissəsini İspaniya La Liqasında keçirib. O, “Atletiko”yla 1 dəfə La Liqa çempionu olub, 2 dəfə isə Avropa Liqasını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43