16 Sentyabr 2024
İdman

Təcrübəli mütəxəssis Baksın yeni məşqçisi oldu

Edrian Qriffinlə yollarını ayıran “Milouki Baks”ın yeni çalışdırıcısı bəlli olub.

İdmanxeber.az insayder Adrian Vojnarovskiyə əsasən xəbər verir ki, Dok Rivers Viskonsin təmsilçisini idarə edəcək.

62 yaşlı mütəxəssis 2008-ci ildə “Boston Seltiks”lə NBA çempionu olub. O, “Filadelfiya Siksers” (2020-23) çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43