28 Sentyabr 2024
Ölkə futbolu

Təklifləri var, bölgə klubu buraxmır

“Qəbələ”nin gənc futbolçusu Eşqin Əhmədov Premyer Liqa klublarının maraq dairəsindədi.

İdmanxeber.az-a verilən məlumata görə, çempionatımızın aparıcı komandaları oyunçunu heyətinə qatmaq istəyir. Əhmədovun ötən mövsümün son turlarındakı çıxışı böyük təqdir toplayıb.

Premyer Liqa təmsilçiləri müdafiəçiyə maraq göstərsə də, “Qəbələ” Əhmədovu satmaq niyyətində deyil. Klubu ilə müqaviləsi davam edən 19 yaşlı oyunçu növbəti mövsüm “qırmızı-qaralar”ın heyətində çıxış edəcək.

Xatırladaq ki, Eşqin Əhmədov U-21 millimizin üzvüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43