21 Sentyabr 2024
Ölkə futbolu

Təklifləri var, getmək istəyir, ancaq…

“Qəbələ” millimizin üzvünü buraxmaq niyyətində deyil. 

İdmanxeber.az-a verilən məlumata görə, “qırmızı-qaralar”ın futbolçusu Rüfət Əhmədova Premyer Liqa klublarından təklif var. Müdafiəçi özü də komandadan ayrılmaq istəsə də, “Qəbələ” rəhbərliyi oyunçunu buraxmaq niyyətində deyil.

Növbəti mövsüm I Liqada çıxış edəcək əyalət təmsilçisi təcrübəli yerli futbolçuları heyətdə saxlamağı düşünür.

Əhmədov hazırda U-21 milli komandası ilə yoldaşlıq oyunu çərçivəsində keçiriləcək Slovakiya və Bolqarıstan görüşlərinə hazırlanır.

Futbolçu millinin düşərgəsindən ayrıldıqdan sonra “Qəbələ” rəhbərliyi ilə daha bir görüş keçirəcək.

Xatırladaq ki, müdafəçi ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirib.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43