Kateqoriyasız

Tərlan Əhmədov: “Bizim “Neftçi” və “Qarabağ” qədər büdcəmiz yoxdur”

Topaz Premyer Liqasının XVIII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Keşlə” səfərdə “Qəbələ”nin qonağı olub. Oyunun ardından qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Bu oyundan razı qaldım. Nəticə oyuna görə idi. Bizim də, rəqibin də epizodu oldu. Bu gün daha səhvsiz oynadıq. Rəqibi təzyiq altında saxlamağa çalşdıq. Komandanı bu oyuna qarşı hazırlaya bilmişdik. Ancaq yenə də yaranan imkanlardan istifadə edə bilmirik. Bunu düzəltməyə çalışacağıq. Hələ heçnə itirilməyib”

-Sanki rəqibi öz meydanında qarşılamağa çalışırdınız?

-Bəli prsessinq etməyə tapşırmışdıq. Bu olmayanda ikinci zonaya düşməliyik. Mən həmişə hücum futbolu oynadıram. Futbolun gözəlliyi qoldur. Amilin üzərində daha çox çalışmışdıq. Ola bilər ki, burdakı hava sıxlığı bizə mane oldu. İkinci hissədə artıq komandanın oturduğunu hiss etdim. Bu, tapşırıq deyildi. Məşqçinin əli meydanın içinə çatmır. Hərhalda bir xalda, bir xaldır. Əvvəlki oyunlara baxanda komanda daha istəkli idi.

-İlk hissə bir epizodda hakimə kəskin epizod etiraz etdiniz. Orada qırmızı olduğu düşünürsünüz?

-Xeyir, orda qayda pozuntusu olmadığını bildirirdim. Ona görə əsəbləşdim. Sarı vərəqə limitimiz çox olur. Həddindən artıq çox olur. Və bu futbolçularda qorxu yaradır. Mən də istəyirəm mübarizə çox olsun, fit az olsun.

-Qış fasiləsindən sonra nədən razı, nədən narazısınız?

-Komanda oyundan oyuna inkişaf etməlidir. Məncə, get-gedə istənilən oyunu oynayacağıq. Zamanımız yoxdur. Bu gün komandanın mübarizəsi mənim xoşuma gəlir. Onlarda özünəinam yaranıb. Bu, sevindiricidir. İmkanlardan yararlana bilməmək mənim səhvimdir. Üzərində çaləşacağıq. Yeganə narazı olduğum budur”

Qış fasiləsində istədiyiniz oyunçuları ala bildiniz?

-Bizim “Neftçi” və “Qarabağ” qədər büdcəmiz yoxdur. Qış fasiləsində oyunçu tapmaq çətin olur. Var idi oyunçular bizim şərtlər onları qane etmədi. Bu cəhətdən problemlər yaşadıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43