Ölkə futbolu

Tərlan Əhmədov: “İstədiyim oyunun 60-70 faizini gördüm”

“Çox maraqlı oyun oldu. Hər iki komanda hücum futbolu oynadı. Bu oyunda biz daha istəkliydik.  Oyunçuları təbrik edirəm. Müdafiədə səhvsiz oynadıq. Ayitenin  öz oyununu tapması məni çox sevindirdi. Bilirsinzi ki, itkilərimiz var idi. Amil cəzalı, Klenon və Serdar Taşkın zədəli idi. Ancaq meydana çıxanlar yaxşı oyun sərgilədi”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Keşlə”ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının XXI turu çərçivəsində evdə keçirilən “Sabah” matçı sonrası deyib.  O, daha sonra belə davam edib:

“Rəqibi yaxşı analiz etmişdik. Mən həmişə öz komandamın oyununa daha çox fikir verirəm. Onlara məğlub olsanız belə, oyununuzdan  zövq alın deyirəm. Bu gun onların oyunu məni sevindirdi. İstədiyimiz oyunun 60-70 faizini gördüm.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43