Ölkə futbolu

Tərlan Əhmədov: “Mən heç vaxt intiqam hissi ilə yaşamamışam”

Topaz Premyer Liqasının VII turunun təxirə salınmış oyunu keçirilib. “Keşlə” komandası doğma meydanda “Qarabağ”ı qəbul edib. Matçın ardından ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov oyun barəsində fikirlərini bildirib:

“Onu deyə bilərəm ki, mümkün qədər müdafiədə səhvsiz oynamağa çalışdıq. İlk hissə bizim üçün çox yaxşı keçmədi. İkinci hissə isə daha yaxşı oldu. Əsasən da qol buraxdıqdan sonra daha yaxşı oynadıq. Komandada istək olması, yaxşı mübarizə aprılması məni sevindirdi. Oyunun haqqı heç-heçə idi. Qarşıdakı oyunlarda daha da yaxşı, baxımlı oyun oynayacayıq”.

-Növbəti turda “Neftçi” ilə oynayacaqsınız. Bu sizdə əlavə motivasiya yaradır ?

-Bizim işimiz belədir. Bir gün orada, bir gün burada oluruq. Əhəmiyyətli olan yalnız “Neftçi” deyil, bütün rəqiblərdir. Sizin nə demək istədiyinizi yaxşı başa düşürəm. Ancaq mən heç vaxt intiqam hissi ilə yaşayan biri deyiləm. Əsas odur ki, oyunçular bu oyuna yaxşı hazırlansın. Mənim üçün orada yaşanan hər şey geridə qaldı.

-Heç-heçə sizin üçün necə nəticədir ? Buna sevinmək olar ?

-3 xal olsa daha yaxşı olardı. Əsasən də liderlərdən alınan qələbə daha yaxşı olur. Məğlub olsaydıq belə dünyanın sonu olmazdı. Hər şey mövsümün sonunda bəlli olacaq. Bir məşqdə nə istədiyimi oyunçulara çatdırmışam. Bu, məni sevindirir.

-Samir Mənsimov qırmızı vərəqə görəndə kənarda təpki göstərdiniz. Bu oyunçuya idi, yoxsa hakimə ?

-Mən öz oyunçuma irad bildirirdim. Çünki hakim artıq qərarını vermişdi. Bunun dəyişməyəcəyi bəlli məsələdir. Boşuna etiraz etməyin bir faydası yoxdur.

-Oyunboyu cinahlardan asma edirdiniz. Hava toplarındakı üstünlüyünə görə Vaqif Cavadovu oyuna buraxmad olmazdımı ?

-Mən ən çox cinahdan sürətli hücüm etməyin tərəfdarıyam. Vaqif topu sevən oyunçudur. Ancaq bu oyunda bəlkə də bizim ziyanımıza olardı onun oynaması. Ona görə belə bir qərar vermişik. Ancaq onu deyim ki, Vaqif bizə lazımlı oyunçudur. Onun təcrübəsindən istifadə edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43