Ölkə futbolu

Tərlan Əhmədov tribunaya göndərildi – FOTO

Topaz Premyer Liqasının XXV turunda “Qarabağ” doğma meydanda “Keşlə”ni qəbul edir.

İdmanxeber.az-ın məlumatına görə, hazırda davam edən “Qarabağ” – “Keşlə” matçında qonaqların baş məşqçisi Tərlan Əhmədov baş hakim tərəfindən tribunaya yollanıb. Buna səbəb, T.Əhmədovun “Qarabağ”ın vurduğu qol epizodunda qapıçıya qarşı qayda pozuntusu olduğunu iddia edərək, hakimə qarşı etdiyi kəskin etiraz olub. Əhmədovun bu etirazından sonra görüşün baş hakimi Əliyar Ağayev onu meydandan qovub.

Qeyd edək ki, ilk hissəsi davam edən matçda “Qarabağ” 1:0 hesabı ilə öndədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43