Ölkə futbolu

Tahir Gözəl: ” Rəqiblərimiz bizdən qat-qat yüksək büdcəyə sahibdirlər”

Tahir Gözəl oyun barədə fikirləri bölüşüb.

UEFA Avroliqasının qrup mərhələsinin II turunda “Arsenal”a məğlub olan “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl oyun sonrası açıqlama verib. O, möhtəşəm oynadıqlarını bildirib:

“Məncə, möhtəşəm oynadıq. İngilis azarkeşlərinin belə sevgisini qazandıq. Nəticə oyuna görə deyildi. Bizim hədəfimiz Qarabağın adını bütün dunyaya duyurmaq idi. Çox xoşbəxtik ki, buna nail ola bilmişik. İlk hissə çox gözəl oynadıq. Bu oyun heç vaxt unutulmayacaq.

T.Gözəl gələn mövsüm komandada büdcə artımının olub-olmayacağı  suala isə belə cavab verib:

“Gəlirlərimizin böyük hissəsi bir sponsor tərəfindən əldə edilir. Bilet satışından elə də böyük bir gəlirimiz yoxdu. Rəqiblərimiz bizdən qat-qat yüksək büdcəyə sahibdirlər. Bizim hədəfimiz yalnız komandalar üzərində qələbə qazanmaq deyil, eyni zamanda Qarabağın adını dünyaya tanıtmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43