Müsahibə

Tahir Gözəl: “Axı niyə də mümkün olmasın? Bu da yaxşı fikirdi” – MÜSAHİBƏ

Bu gün “Qarabağ”ın Fan-şopunun rəsmi açılışı olub. Tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl də iştirak edib. Klub rəsmisi mərasimdə jurnalistlərin suallarını cavablandırıb:

İdmanxeber.com həmin müsahibəni təqdim edir:

– Tahir bəy yeni fan şopunuz fəaliyyətə başladı. Təsuratlarınızı öyrənmək maraqlı olardı…
– “Qarabağ” bu gün Azərbaycanda ən gözəl addı. Komandamız ölkəmizi dünyada tanıtdıran ən yaxşı ən sevilən klubdu. Fan şopumuzun açılışının bu günkü tarixə salınması təsadüfü deyil. Bildiyiniz kimi bu gün Ağdamın işğalından 24 il ötür. Məhz bu səbəbdən açılışı bu günə saldıq. Hazırda biz Şəhidlar Xiyabanından gəlirik. 

Bizdən forma, komandamızın atributlarını istəyirlər. Bunun üçün artıq komandamızın fan şopu var. Buradan komandamıza aid olan hər bir şeyi ucuz qiymətlərlə əldə edə bilərsiiniz. Sizin vasitənizlə bütün “Qarabağ” azarkeşlərə səslənirəm: gəlin doğma klubunuza dəstək olun, sərginizi bölüşün. 


– Formalardan söz düşmüşkən. “Qarabağ” döyüş bölgəsi olan rayonun adını daşıyır. Bu səbəbdən fan şopunuzda hərbi forma dizaynı olan geyim dəstinə rast gələ biləcəyikmi?

– Bizdə forma dizaynları ilə məşğul olan insanlar var. Axı niyə də mümkün olmasın? Bu da yaxşı fikirdi. “Qarabağ”ın adını, şəxsiyyətini daşıya biləcək hər cür xoş fikirlərə açığıq. 


– Qarşıdan “Şerif”lə oyun gəlir…

– Yeni transferlərimiz, komandamızın gücünə əlavə güc qatıb. İnanıram ki, belə davam etsək, “Şerif”lə matçda da uğurlu nəticə qazanacağıq. Çox çətin oyun olacaq. Ancaq ümid edirəm ki, növbəti tura adlayan tərəf “Qarabağ” olacaq. 


– Heyətə yeni futbolçuların cəlb olunması gözlənilir?
– Yox. Hesab edirəm ki, komandamıza yeni qoşulan futbolçular artıq efekt göstərir. Düşünürəm ki, artıq heyətimiz formalaşıb. Bundan sonra komandaya cəlb olunacaq futbolçunun adaptasiya müddəti uzun çəklə bilər. Ona görə, yeni transfer, məncə olmayacaq.

– 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43