Ölkə futbolu

Tahir Gözəl: “Bir milyondan çox…”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandasının “İnter” üzərindəki 4:1 hesablı qələbəsindən sonra baş məşqçi Qurban Qurbanova zəng vurub.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, yaxın qohumunun ağır yol qəzasına düşməsi səbəbindən ölkəni tərk etmək məcburiyyətində olan Tahir Gözəl “İnter”lə çempionluq matçını stadiondan izləyə bilməyib.

Qurban Qurbanova zəng vurub onu təbrik edən T.Gözəl “Qarabağ”ın bir milyondan çox azarkeşinin uzun illərdi bu uğuru gözlədiyini ifadə edib. O, “Qarabağ”ın Azərbaycanın qürur mənbəyi, təsəllisi olduğunu bildirib. Bu çempionluğu möhtəşəm olay kimi dəyərləndirən T.Gözəl uğurların davam etməli olduğunu söyləyib.

O qeyd edib ki, “Qarabağ” adını ən dolğun şəkildə, layiqli və qürurla avrokubokda təmsil etmək vacibdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43