16 Sentyabr 2024
Kateqoriyasız

Tahir Gözəl: “Biz UEFA ilə münasibətləri korlamaq istəmirik”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasında “Neftçi” ilə oyun öncəsi  jurnalistlərə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin rəsmisi UEFA-nın “Qarabağ”in şikayəti ilə bağlı verdiyi qərara münasibət bildirib:

“Çox sevinirəm ki, futbol tarixində “Qarabağ” – “İnter” matçında hakim səhvi olduğu qeydə alındı. UEFA-da qəbul etdi ki, biz haqlıyıq. Bir tərəfdən hakim cəzalandırıldığı üçün sevinirik, digər tərəfdən də düşünürük ki, haqsızlığa uğramışıq. Bundan sonra FİFA-ya da müraciət edə bilərik. Ancaq biz UEFA ilə münasibətləri korlamaq istəmirik”

Gözəl qış transfer pəncərəsində futbolçu almamalarının səbəblərini də açıqlayıb:

“Transferin olmaması Qurban Qurbanovun istəyi idi. O, iki futbolçuya baxdı, amma onların klubları ilə razılaşmadıq. Biz baş məşqçi qərarlarına etiraz etmirik. Qurbanov istədiyi oyunçunu tapa bilmədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43