Müsahibə

Tahir Gözəl: “Bu oyunda olmağı səbirsizliklə gözləyirəm” (MÜSAHİBƏ)

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl “İnter”lə matçdan sonra İdmanxeber.com-a müsahibə verib:

– “Qarabağ”ın çempionluğu haqda təəssüratlarınız..

– Hamımızın ürəyinin ağrılı günüdü. Binəqədi rayonundadakı faciəvi hadisədən sonra çox pis olmuşuq. Əlbətə  istəməzdim çempionluğu bu cür qeyd edək. Ancaq həyatdı, hər şey ola bilər. İnşallah “Qarabağ”ın builki çempionluğu, komandamızı sevənlər üçün ürəklərinə məlhəm olsun. Bu çempionluq ölkə prezidentindən ən siravi vətəndaşa kimi bir moral mesajı olsun.

– “Qarabağ” “Dnepr”a meydanında qalib gələn yeganə komandadı. Komandamızın avrokuboklarda haqqı yeyildi. Bu il nə gözləmək olar komandamızdan?

– “Qarabağ” avrokuboklara hazırdı. Futbolda xeyli işlər bəxtlərdən olur. “Qarabağ” haqsızlığa uğramasaydı, mərhələ keçəcəkdi. “Dnepr”in aldığı nəticələri hamımız görürük. “Qarabağ” bu il daha təcrübəli komanda olacaq. Həmin kollektiv oynayır. İki cavan transferimiz var. Mən Evlin və Coşqundan dəstək gözləyirəm. Elvinin ikinci qolun vurulmasında xüsusi rolu oldu.

– Bu iki futbolçulardan savayı hansısa oyunçuların transferi gözlənilir?

– Baxırıq. Bəlkə 1-2 xarici transfer ola bilər. Baxışlar gedir.

– “Neftçi” və “Qarabağ” klublarının görüşün “Aslanların döyüşü” adlandırmışdız. Fikrinizdə qalırsız?

– Mütləq. Bu oyunda olmağı səbirsizliklə gözləyirəm. “İnter”lə matça çempion kimi çıxmışdıq deyə, hər zaman alışdığımız həyəcan yox idi. Rahatlıq var idi. Ancaq “Neftçi” ilə final görüşü çox möhtəşəm olacaq. Çünki “Qarabağ” bu oyuna çox ciddi hazırlaşır. Şəxsən orada olacam.

– Komandanın qarşısına tələb qoymusunuz ki, kuboku qazanmaq lazımdı?

– Mütləq. Rəqibimiz “Neftçi” olduğu üçün kuboku qazanmalıyıq. İki şirin savaşı olacaq. Həsrətlə o günü gözləyirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43