Ölkə futbolu

Tahir Gözəl: “…çempion olacağıq”

“Çox gözəl, gərgin mübarizə oldu. Məncə, sürətli oyun idi, futbola doyduq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər “Qarabağ”ın vitse-prezidnti Tahir Gözələ məxsusdur.

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXV turunda çempionluq uğrunda əsas rəqibi “Qəbələ” ilə heç-heçə edib və şanslarını bir qədər də yaxşılaşdırıb.

Maçtdan sonra açıqlama verən klub rəsmisi fikirlərini bildirib: “Qarabağ”ın real qol şansları var idi, son dəqiqələrdə çox həyəcanlandıq. Nəticədən razıyıq. “Qarabağ” belə oyun keyfiyyətini davam etdirsə, inşallah, çempion olacağıq”.

Tahir Gözəl arxayınlaşmadıqlarını deyib: “Heç vaxt arxayınlaşmaq olmaz. Xüsusən də zəif rəqiblərə qarşı oyunlar çətin alınır, çünki futbolçularda rahatlıq yaranır. Ona görə komandadan sona qədər mübarizə gözləyirəm”.

Klub rəsmisi bildirib ki, Muarem Muarem son dəqiqələrdə real qol şansını qaçırdığına görə çox üzülüb: “Çox üzüldüm. Əgər qol olsaydı, möhtəşəm olacaqdı. Yenə deyirəm, “Qarabağ”dan razıyam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43