• Ana səhifə
  • Müsahibə
  • Tahir Gözəl etiraf etdi: “Əgər “Qarabağ” qrupda oynayacaqsa bu “Qarabağ” oynamalıdı!” – MÜSAHİBƏ
Müsahibə

Tahir Gözəl etiraf etdi: “Əgər “Qarabağ” qrupda oynayacaqsa bu “Qarabağ” oynamalıdı!” – MÜSAHİBƏ

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl  idmanxeber.com  saytına müsahibəsi.

– "Qarabağ" Çempionlar Liqasına qələbə ilə başladı. Maltada qazanılan qələbədən sonra "Qarabağ" artıq növbəti mərhələdədi demək olarmı?

Səfərdə qələbə qazansaq da unutmayaq ki, bunun cavab oyunu da var. Dünya çempionatında Braziliya-Almaniya oyunu göstərdi ki, futbol həyat kimidi. Ona görə də düşünürəm ki, biz artıq növbəti mərhələdəyik deyə düşünməyək. Çıxaq meydana öz oyunumuzu oynayaq. İnanıram ki, azarkeşlərin, bütün Azərbaycan xalqının dəstəyi ilə "Qarabağ" bu rəqibi keçəcək.

– "Qarabağ" "Valetta" ilə oyunda xeyli qol imkanları yaratsa da bunların birini qola çevirə bildi. Bu qədər imkanın boşa verilməsi sizcə, "Qarabağ"da hücumçu probleminin hələ də qalmasını göstərir, yoxsa…?

Bu artıq baş məşqçinin işidi. Bu haqda Qurban müəllim daha yaxşı bilər (gülür)

– Növbəti mərhələdə rəqib daha güclü bir komanda olacaq. "Qarabağ" bu amilləri nəzərə alıb yeni transferlər edəcək, yoxsa bu heyətlə sona kimi vuruşacaq?

Mən xaricdən gördüyünüz kimi indi gəldim. Ona görə də bu və digər məsələlərlə bağlı yaxın günlərdə komandayla birgə iclas keçirəcəm. Orada bütün məsələlər müzakirə olunacaq.

– Komandanın "Valetta" ilə oyununu izlədiniz. Təbii ki, bir oyunla hər şeyə qiymət vermək olmasa da, Malta səfərindəki oyundan sonra siz "Qarabağ"ı qrup mərhələsində görürsüz, yoxsa ümid edirsiz?

Biz qrupda oynamağı hədəfləmişik. Əgər "Qarabağ" qrupda oynayacaqsa bu "Qarabağ" oynamalıdı. Çünki iddialar böyük, oyun göz qabağında. Əgər qrupda oynayacayıqsa bu "Qarabağ" oynamalıdı. Bu il qrupa düşməsək deməli "Qarabağ"ın elə ən güclü forması bu imiş. Bugünə qədərki ən güclü "Qarabağ" bu "Qarabağ"dı.

– "Valetta" önündəki "Qarabağ" arzuladığınız "Qarabağ" idi?

İnsanın arzusu bitmir. Mən istəyərəm ki, bundan da yaxşı olaq. Düzünü deyim? Bizim əsas məqsədimiz çempionluq deyil, gənc yerli futbolçular yetişdirmək, onları Azərbaycan futboluna bəxş etməkdi. Mənim ən böyük arzum "Qarabağ"ın 11 futbolçusunun 9-u yerli olmasıdı. Bizim yerli futbolçular da braziliyalılar kimi bacarıqlı, qoçaq olsalar o zaman hər şer tam fərqli olacaq. Nə vaxt "Qarabağ"ın əsas heyətində 11 futbolçunun 9-u yerli olsa, o zaman biz də bir iş gördük deyə bilərik.

– Hədəfiniz qrup mərhələsidi. Qrup mərhələsi deyərkən Çempionlar Liqasını, yoxsa Avropa Liqasının nəzərdə tutursunuz?

Bizim hədəfimiz Çempionlar Liqasının qrup mərhələsində oynamaqdı. Bizim klubumuzun üstünlüyü stabillikdi. İllərdi bu futbolçularla oynayırıq. Bu bizim üstünlüyümüzdü və Qurban müəllim bu futbolçularla çempion olub.

– Əgər "Qarabağ" qrup mərhələsinə düşsə o zaman Premyer Liqa və kubok matçları ilə birgə 3 cəbhədə mübarizə aparmalı olacaq. Bu isə çətin olacaq. Belə olacağı təqdirdə çempionat oyunlarını  qrup mərhələsi matçlarına qurban verməyəcəksiz?

Bizim ilk növbədə hədəfimiz Azərbaycan adını, "Qarabağ" adını Avropada eşitdirməkdi. Ondna sonra çempionat oyunları… Əgər qrupda oynasaq çempionat oyunlarında itirəcəyimiz xallar olacaq. Premyer Liqa matçları belədi ki, bir neçə tur xal itirsən də qarşıdakı oyunlarda səhvləri düzəltmək olar. Ancaq avrokubok matçlarında fürsət çox azdı. Əgər bir dəfə məğlub oldunuzsa ikinci dəfə şansınız olmaz.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəşad Sadıqov: “Xəzər Lənkəran”a məğlub olmağımız məni həm də sevindirdi” – MÜSAHİBƏ

admin

“Neftçi”nin yeni transferi: “Bilirəm ki, qarşımıza çempionluq hədəfi qoyulub”

admin

Georgi Tsetsadze: “Hələ cavab oyunu var”

admin