08 Sentyabr 2024
Ölkə futbolu

Tahir Gözel “Qarabağ”ı təbrik etdi

“Qarabağ” klubunun prezidenti Tahir Güzel UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Hekken”a 2:1 hesabı ilə qalib gələrək turnirin pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə komandanı təbrik edib.

İdmanxeber.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, klub rəhbəri Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasına yüksələn komandanın bu nailiyyətini yüksək qiymətləndirdiyini qeyd edib.

Bu tarixi nəticənin qazanılmasında Qarabağ ruhunun, birıiyinin başlıca rol oynadığını vurğulayan Tahir Gözəl komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Qeyd olunub ki, klub prezidenti dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimində iştirak edəcək. Tahir Gözel “Qarabağ”ın pley-offdakı rəqibinin müəyyənləşməsini canlı izləyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43