Ölkə futbolu

Tahir Gözəldən vəd: “Qurban Qurbanov istəsin, alaq”

"Yeni transferlər etmək? Mən bu barədə heç nə deyə bilmərəm. Komandayla bağlı bütün məsələlər Qurban Qurbanovun səlahiyyətindədi".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl belə deyib. 

Ağdamda jurnalistlərin suallarını cavablandıran klub rəsmisi Qurbanovun istədiyi transferi edəcəklərini bildirib:

"Avroliqada uğurlarımızın davamını gətirmək üçün nə etmək lazım olduğun Qurban müəllim bilir. Transfer istəyəcək, alacağıq. İmkanlarımız daxilində komandanı gücləndirəcəyik. Mən buna söz verirəm. Hələlik baş məşqçiylə bu məsələni danışmamışıq. Bu mövsüm bir neçə cəbhədə mübarizə aparacağıq. Həm ölkə çempionatı, həm kubok, həm də Avroliqa… Həmişə eyni futbolçularla meydana çıxanda istər-istəməz çətinliklər olur. Biz Qurban müəllimə çox inanırıq. Əgər o, bir futbolçunu istəyirsə, deməli, alınması vacibdi".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43