Ölkə futbolu

Tahir Süleymanov: “Bizim üçün Lənkəran azarkeşi doğmadır”

"Şəxsən PFL-in rəsmisi Malik Həsənovla əlaqə qurduq və oyuna baxmaqda bizə heç bir problem olmadığını bildirdi. Oyuna 30 dəqiqə qalmış bu məsələni tam dəqiqləşdirdikdən sonra oyuna məhz VİP lojada baxdıq".

Bu sözləri idmanxeber.com-a "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Klub rəsmisi daha sonra Böyükağa Hacıyevin naxçıvanlı-talış açıqlamasına münasibət bildirərkən, çalışdırıcının belə fikir səsləndirmədiyini bildirib:

"Bunlar ictimaiyyət tərəfindən belə qızışdırılmasın. Burda ayrıseçkilik salmırıq. Bizim üçün Lənkəran azarkeşi də doğmadır".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43