Ölkə futbolu

Tahir Süleymanov “bombaladı” – “Özlərini Bosfora atarlar”

“Nə yaxşı ki, öz klublarına sadiq 3-5 fan-klub var”

Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov ölkədəki çempionatın səviyyəsi və hakimlik barəsində açıqlama edib:

“Rəqabətin, 6-7 komandanın çempionluğa oynadığı illərdə bəhanələr gətirilirdi ki, hakimlər klubların, azarkeşlərin təzyiqinə dözə bilmirlər. Yaxşı ki, “Qalatasaray”-“Lokomotiv” oyununa çıxılmır, yoxsa həqiqi təzyiqdən özlərini Bosfora atardılar. İndi ki, problem yoxdu, az qala stadionlarda 22 futbolçu, hakimlər və texniki zonada oturanlardan başqa heç kim olmur. Nə yaxşı ki, öz klublarına sadiq 3-5 fan-klub var.

“Türkiyə çempionatında baş hakimin səhvindən sonra görüş bitən kimi komandalardan, azarkeşlərdən, ictimaiyyətdən üzr istəyib hakimlik karyerasını bitirdiyini xatırlayıram. “Neftçi” – “Keşlə” matçındakı ofsayd epizodu isə hakimlik karyerası deyil, futbolu birdəfəlik unutmaq üçün kifayətdir.
Bilmirəm, avstriyalı bu epizodlara baxıb geri dönmək üçün bilet sifariş vermək eşqinə düşüb ya yox?! İnandırıcı da deyil, əcnəbilər yaşıl “paçka”larından imtina etməzlər. Ən azından hakimliyin hansı duruma salındığını ilk oyunlardaca əyani görmüş oldu. Qısa müddətdən sonra hakimlikdə ya ciddi dönüş yaradılmalı, ya da yaşıl meydandakı epizodlar qazandığı “yaşıl”lar kimi hər tur yadına salınacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43