Ölkə futbolu

Tahir Süleymanova yeni vəzifə verildi

Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.

İdmanxeber.az məlumat verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Beynəlxalq dərəcəli hakim, “Neftçi” PFK-nın sabiq vitse-prezidenti, “Sabahın ulduzları” uşaq-gənclər layihəsinin ideya müəllifi, tanınmış futbol funksioneri Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilərək müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43