Kateqoriyasız

Tale Heydərov açıqladı: Ronaldinyo Futbol Akademiyası nə vaxt açılır?

“Qəbələ” klubunun sabiq prezidenti Tale Heydərov Azərbaycanda fəaliyyət göstərəcəyi gözlənilən Ronaldinyo Futbol Akademiyası ilə bağlı da danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, “Emerging Europe” nəşrindəki yazısında bildirib ki, akademiyanın açılışı gələn ilin əvvəlinə planlaşıdırılır:

“Qəbələ” Futbol Akademiyasının uğurları əfsanəvi Ronaldinyonun Azərbaycanda ilk futbol akademiyasını açmaq üçün bizimlə əməkdaşlıq etməsində həlledici rol oynadı. Ronaldinyo Futbol Akademiyası unikaldır, orada bütün istedadlı gənc futbolçulara yüksək keyfiyyətdə məşq keçiləcək. Akademiyanın 2020-ci ilin əvvəlində açılacağını gözləyirik”.

Xatırladaq ki, 2017-ci ilin martında məşhur braziliyalı futbolçu Ronaldinyo ilə “Qəbələ” İdman Klubu arasında müqavilə imzalanıb. Sözləşməyə əsasən, ulduz futbolçu “Qəbələ”nin dəstəyi ilə Bakıda Futbol Akademiyası açmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43