Ölkə futbolu

Tale Heydərov: “Qəbələ”nin büdcəsində eniş ola bilər”

"Gözlədiyimizin minimumunu əldə elədik: həm çempionatda, həm də kubokda. Lakin ümumilikdə mövsümü normal dəyərləndirmək olar. Məqsəd çempion olmaq idi. Bu dəfə alınmadı, gələn dəfə çalışacağıq…"

Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Qəbələ" klubunun prezidenti Tale Heydərov deyib.

Kubokun finalında "Qarabağ"a yenilgi barədə danışan Heydərov, qələbə qazana bilməmələrində "Qarabağ"ın stabil oyun sərgiləməsi faktorunu önə çəkib:

"Qarabağ"ın peşəkarlığı, stabil oyun göstərməsi həm çempionatda, həm də kubokda bizim qələbə qazanmağımıza mane oldu. "Qarabağ" bizim tək rəqibimiz idi. Çempionluq yarışında və kubokda rəqabət bu iki komanda arasında gedirdi. "Qarabağ"ın özü bizə mane oldu. Əlbəttə ki, səhvlərimiz oldu. Lazımsız xallar itirdik. Gözləmədiyimiz halda bəzi oyunlarda xallar itirdik".

T.Heydərov sonda Roman Qriqorçukun gələcək tleyi ilə bağlı verilən sualı belə cavablandırıb:

"Biz bununla bağlı danışmamışıq və bu yaxında danışacağıq. Ümid edirik ki, yolumuz davam edəcək".

Klub başçısı komandanın büdcəsində eniş ola biləcəyini bildirib:

"Klubun büdcəsində artım olmayacaq. Hətta ola bilsin ki, büdcədə eniş ola bilsin. Az-çox eyni büdcə ilə davam etmək niyyətindəyik. Yeni transferlər olacaq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43