Ölkə futbolu

Taqliaferro:”Komandamıza gəlmək istəyən olsa qəbul edərik”

“Neftçi” – “Baltsan” qarşılaşmasından sonra mətbuat konfransına təkcə komandanın baş məşqçisi deyil, həm də klub prezidenti qatılıb.

İdmanxeber.com-un məlumatına görə, klub rəhbəri AntonTaqliaferro bunları deyib:

“Baltsan kiçik kənddir. Burada cəmi, 4 min əhali yaşayır. Kiçik kənd olsaq da, böyük ürəyimiz var. Bunu meydançada sübut etdik.Hələ ikinci mövsümdür ki, avrokuboklarda iştirak edirik. “Neftçi”nin ənənələri daha böyükdür. Oyunun çətin olacağını bilirdik. İlk oyundan sonra məyus olmuşduq. İkinci hissədə göstərdiyimiz oyunla yaxşı komanda olduğumuzu sübut etdik. Hazırda heyətdə oynuyan futbolçulardan ikisi öz yetirmələrimizdir. Ümumilikdə 5 legionerimiz var. Qalan oyunçular isə Maltada yetişib. Rəqibin yaxşı futbolçuları çoxdur. Komandamıza gəlmək istəyən olsa qəbul edərik”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43