Dünya futbolu

Tarix təkrarlanacaqmı?

TARİX TƏKRARLANACAQMI?

 24 may 2 İspan klubu “Real Madrid” və “Atletiko Madrid” Çempionlar Liqasının finalında qarşılaşacaq. Futbol dunyasının səbrsizliklə gözlədiyi bu final yaxınlaşdıqca mətbuatda hər iki klub haqqında maraqlı məlumatlar dərc olunur.

 Bu yazıda  “Real Madrid”in Çempionlar Liqasını qazandığı illərdəki göstəricilərini araşdırmağa çalışacağıq.

 

1966-ci il

Avstirya Avroviziya müsabiqəsinin qalibi olub. La Liqada “Atletiko Madrid” çempion oldu, “Real Betis” 2-ci dvizyona düşdü. Həmin il “Real Madrid” 6-cı Çempionlar Liqası kubokunu qazandı.

Bu il də Avstirya Avroviziya müsabiqəsində birinci yerə çıxdı. “Real Betis” Liqa Adelanteyə düşdü, “Atletiko Madrid” La Liqa çempionu oldu.

 

2000-ci il

 Çempionlar Liqasının yarımfinalında “Real Madrid” “Bavariya”nı mübarizədən kənarlaşdırdı. Finalda rəqib İspan klubu idi. “Kral klubu”  “Valensiya”nı məğlub edərək 8-ci Avropa kubokunu qazandı.

Bu mövsüm “Real Madrid” yarımfinalda “Bavariya”klubunu turnirdən kənarlaşdırdı. Finalda rəqib İspan klubu “Atletiko Madrid” olacaq.

 

2000-ci il

“Real Madrid” 8-ci kubokunu qazandığı il Final 24 mayda idi. Rəqib İspan klubu, baş məşqçisi Argentinalı idi.

2014-cü il finalı da 24 mayda olacaq. Rəqib İspan klubu “Atletiko Madrid” baş məşqçisi Argentinalı Simonedir.

 

1998-2002-ci illər

 “Real Madrid” son 3 Avropa kubokunu qazanarkən yarımfinalda Fransız oyunçular qol vurub.

Bu sezon yarımfinalda “Bavariya” ilə oyunda Fransız hücumçu Kərim Benzema qol vurmağı bacardı.

1998-2002-ci illər

 “Kral klubu” 7, 8 və 9-cu kubokları qazandığı illərdə yarımfinalda son çempionu məğlub edərək finala yüksəlib.

Madrid klubu bu il də son Çempion “Bavariya”nı məğlub edərək finala çıxdı.

2002-ci il

 Real Madrid ilk və sonuncu Çempionlar Liqası kubokunu qazandığı il liqi 3-cü sırada bitirib.

 “Los Blankos” lar bu növsüm də liqi 3-cü sırada başa vurdu.

2003-cü il

 Ancelotti Serie A kubokunu “Yuventusa” uduzdu. Çempionlar Liqası finalında “Yuventus”u məğlub edən Ancelottinin komandası kubokun sahibi oldu.

Ancelotti indi “Real Madridin” baş məşqçisidir. İtalyan mütəxəssisin komandası La Liqa kubokunu “Atletiko Madrid”ə uduzdu. Çempionlar Liqasının finalında “Atletiko Madrid” ilə qarşılaşacaq.

2007-ci il

 “Sevilya” son Avropa kubokunu həmin il qazanmışdı. Ancelottinin komandası “Milan” da Çempionlar Liqası kobokunu qazanaraq Avropa Superkubokunda qarşılaşmışdılar.

“Sevilya” 2014-cü il Avropa Liqi kubokunu qazandı. Ancelottinin komandası Çempionlar Liqasının finalındadır. “Real Madrid” qalib gəlsə Ancelottinin komandası ilə “Sevilya” Superkubokda qarşılaşacaq.

Əfqan Elmanoğlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43