İdman

Tayson təyyarədə sərnişini döyüb – VİDEO

Superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson uçuşdan əvvəl təyyarədə sərnişini döyüb.

İdmanxeber.az-ın məlumatına görə, ABŞ-ın əfsanəvi boksçusu San-Fransiskodan Floridaya uçduğu vaxt arxa oturacaqdakı kişi içkinin təsiri altında onunla söhbətə cəhd edib. 55 yaşlı idmançı isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.

Zərərçəkən sərnişinə tibbi yardım göstərilib. O, polisə müraciət edib. Tayson isə təyyarədən çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43