Milli komanda

Təbriz Həsənov: “Futbolçular oyundan sonra ağlayırdı”

“Bu gün qələbə qazana bilərdik. Komandamız əsl əzmkarlıq nümayiş etdirdi və 1 xal qazandı. Çünki Portuqaliya ilə məğlubiyyətdən sonra onları bu oyuna kökləmək çox çətin idi. Bu, mənim üçün qələbəyə layiq oyun idi. Portuqaliya ilə oyunda böyükhesabla uduzmağımız erkən qol buraxdığımıza görə oldu. O məğlubiyyətdən sonra bəziləri ağlayırdı. Mənim üçün çox çətin idi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov deyib.

Çalışdırıcı qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Əgər biz Şotlandiyanı yensək, Portuqaliya da böyük hesabla qalib gəlsə, qrupdan çıxa bilərik. Biz sona kimi mübarizə aparacağıq. Bəlkə də siz bu oyunçulara peşəkar futbolçu kimi yanaşırsınız. Ancaq nəzərə alın ki, onların 17 yaşı var və səhvlər olmalıdır. Qarşımıza qrupdan çıxmaq üçün tələb qoyulmuşdu. Biz də bunun üçün çox çalışdıq”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43