Milli komanda

Təbriz Həsənov: “Hər zaman ortaya problem çıxa bilər” (MÜSAHİBƏ)

17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənovun İdmanxeber.com-a müsahibəsi

– Rusiyaya böyük hesabla uduzduq. Oyunla bağlı nəı deyərdiz?

– Rusiyanın vurduğu qolların hamısı səhvlərimizdən irəli gəlirdi. Rəqib əks hücumlara çox sürətlə çıxırdı. Biz isə çox top itkisinə yol verdik. Bu da ola bilər həyəcandan irəli gəlsin. Çünki komandamız həm doğma divarlar arasında oynayırdı, həm də ilk dəfə idi ki, Bakı Olimpiya Stadionunda meydana çıxırdı. Əvvəlki oyunlarda bu qədər səhvə yol verməmişdik. Rusların müdafiəçiləri bizim qədər səhv etmədilər.

– Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə Murad Mahmudovu hücumun mərkəzində sınadınız. Bunun səbəbi nə idi?

– Murad Mahmudov ikinci dəfədir ki, bizimlə hazırlıq keçir. Bəli, Murad cinah hücumçusudu. Lakin bu gün onu məcburiyyətdən mərkəzdə oynatdıq.

– Oğuzhan Doğukan və Murat Cem Akpınarın olmaması millimizin oyunununa nə dərəcədə təsir göstərdi?

– Onların yoxluğunun oyunumuza təsiri var. Hər iki futbolçu bir çox oyunda meydana çıxıb. Uşaqlar da bir-birini yaxşı başa düşür. Lakin bu gün onların olmamalarını problemə çevirə bilmərik. Millidə əsas heyət oyunçusu yoxdu. Hər zaman ortaya problem çıxa bilər. Belə oyunlarda

– Demək olar ki, komandaya cəlb olunan yeni futbolçular itkilərin yerini doldurmadı?

– Razıyam, onlar ümidləri tam doğrultmadılar.

– Yoxlama oyunu olsa da, cəmi iki əvəzetmə etdiniz…

– Oyunun gedişatı belə gətirdi. Komandada bir az həyəcan var idi. Ona görə də belə qərar verdim

– Fevralın 25-də yenidən ruslarla qarşılaşacaqsınız. Növbəti oyunda heyətdə dəyişiklik etməyiniz mümkündü?

– Əvvəlcə bu oyunu təhlil etməliyik. Videoanalizə baxandan sonra nəsə demək olar.

– Oyunu izləyənlər belə fikir səsləndirirdilər ki, sanki komandanız fiziki cəhətdən çatdırmırdı. Bu fikirlə razısız?

– Fasilədən sonra biz topla daha çox oynayırdıq. Amma ruslar bizi yaxşı təhlil etmişdilər. Sankt-Peterburqda keçirdiyimiz 4 oyuna baxıb, komandamızı hərtərəfli öyrənmişdilər. Rəqibin heyətində həm topla texnikalı davranan, həm də sürətli çıxış edən oyunçular var. Bizim isə əks hücumlarda oyunumuz alınmırdı. Amma müdafiəyə oturmamışdıq. Biz əks hücumlara onlar kimi sürətli çıxa bilmirdik. Komanda irəli atılsa da, arxadan dəstək gəlmirdi. Buna görə də komandaya iradım var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43