Milli komanda

Təbriz Həsənov: “Qarşıdakı 2 oyundan sonra üzrxahlıq barədə danışaram”

“Bu hesabla uduzacağımızı gözləmirdim. Ən çox ehtiyat etdiyim erkən qol buraxmağımız idi. Bu da baş verdi. Ən zəif oyunumuzu oynadıq. Portuqaliyanın bütün komponentlərdə bizdən üstün olduğunu gördük”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər i U-17 millimizin baş məşqçisi Təbriz Həsənov deyib.

Azərbaycan yığması Avropa çempionatındakı ilk oyununda Portuqaliyaya 0:5 hesabı ilə uduzub.

Həsənov böyükhesablı yenilgiyə görə məsuliyyəti öz üzərinə götürüb: “Növbəti oyunlara komandanı psixoloji cəhətdən hazırlamaq çətin olacaq. Məsuliyyət mənim boynumdadır. Mənim haqqımda nə istəsəz, yaza bilərsiz, amma futbolçularımın üstünə getməyin. Qarşıda hələ 2 oyunumuz var. Inanıram ki, həmin oyunlarda qalib gəlməklə qrupdan çıxacağıq”.

Millimizin çalışdırıcısı qeyd edib ki, o da komandasının 0:5 hesablı uduzmasını istəməzdi: “Mən də azərbaycanləyam, istəməzdim ki, belə uduzaq. Amma qarşıda daha 2 oyunumuz var. Şansımız tükənməyib”.

Yığmamızın çalışdırıcısı komandanın hazırlığının istənilən səviyyədə olmaması haqda sualı belə cavabıandırıb: “Hazırda hazırlıqdan danışmaq üçün tezdir. 2 oyunu da keçirək, sonra bu haqda danışarıq. Amma unutmayın ki, futbolçular əsas hazırlığı mənim yanımda keçmirlər”.

Millimizin çalışdırıcısı yığmaya ən güclüləri dəvət etdiyini qeyd edib: “Bu gün heyətə dəvət etdiyim futbolçularımın hamısı klublarında əvəzedici heyətdə çıxış edirlər. 17 yaşlıların çempionatında çıxış edən futbolçu burda 5 dəqiqə də oynaya bilməz. 17 yaşlıların çempionatını məndən çox gəzən yoxdur. Lakin orada yığmanı gücləndirəcək futbolçu yoxdur. Bu gün ən güclülər milliyə dəvət alıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43