Kateqoriyasız

“Tələsirdik, ona görə “Neftçi” ilə oyunda xal qazana bilmədik”

“Neftçi” ilə oyuna yaxşı hazırlaşmışdıq. Bizim üçün məğlubiyyət pis oldu, bunu gözləmirdik”.

Bu sözləri İdmanxeber.com saytına “Simurq”un futbolçusu Orxan Səfiyaroğlu deyib.

Zaqatala klubunun gənc yarımmüdafiəçisi  dünənki oyunda “Neftçi”nin azlıqda qaldıqdan sonra müdafiəyə çəkilməsinin onlar üçün çətin olduğunu bildirib:

“Adətən azlıqda qalan komanda müdafiəyə çəkilir və əks hücumlara bel bağlayır. “Neftçi” də dünən belə etdi. Biz çox tələsirdik ki, hesabı bərabərləşdirib qələbə topunu vuraq. Ona görə də, hücumlarımız səmərəli alınmadı. Onlar azlıqda qalanda tələsirdik. İstəyirdik ki, qalib gələk.  İndi diqqətimizi qarşıdakı oyunlara yönəltmişik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43