Kateqoriyasız

Tərlan Əhmədov: “Belə getsə, futbolçuların çoxundan imtina olunacaq”

“Komanda ikinci dövrədə ümumiyyətlə iki xal toplayıb. Çətin psixoloji durumdayıq, bundan çıxmaq lazımdır. Bir neçə futbolçuda istək hiss olunur, amma çoxu istəksiz oynayır. Bunun səbəbini araşdıracağıq”.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov “Sumqayıt”la oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

“Təyyarəçilər”in çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:

“Komanda artıq uduzmağa alışır, əcnəbi futbolçular əvvəlki futbolu oynamırlar. İstək olmasa, rəqabətdə irəli gedə bilmərik. Görünür ki, bəzi futbolçular bu rəqabətə hazır deyil. Müdafiədən bu cür səhvləri gözləmirdim. Belə getsə, mövsümün sonunda futbolçuların çoxundan imtina olunacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43