Ölkə futbolu

Tərlan Əhmədov: “Biz bu gün müdafiədə səhvlər etdik”

Topaz Premyer Liqasının VIII turunda “Araz Naxçıvan”ın qonağı olan AZAL 1 xal qazana bildi. AZAL bu nəticədən sonra xallarının sayını doqquza yüksəltdi.

İdmanxeber.com-un məlumatına görə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov matçdan sonra bu fikirləri deyib:

“Hər iki komandanın istəyi eyni idi. Həm biz, həm də “Araz Naxçıvan” qələbə qazanmaq istəyirdi. Futbolçular sona qədər vuruşdular. Hər iki komandanın istəyi çox olduğu üçün top uğrunda yaxşı mübarizə gedirdi. Biz bu gün müdafiədə səhvlər etdik. Məhz bunun nəticəsində  2 qol buraxdıq. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevi çoxdan tanıyıram. Biz bir  yerdə futbol oynamış, daha sonra mən onun rəhbərliyi altında həm klubda, həm millidə çıxış etmişəm. Əsgər müəllimin vaxtında biz əks-hücumda oynayırdıq. Hər məşqçinin futbola öz baxışı var. Mən hücum futboluna üstünlük verirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43