Müsahibə

Tərlan Əhmədov: “Bu, praktiki cəhətdən mümkün deyil”

Bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Qəbələ” səfərdə AZAL-la 1:1 hesablı bərabərlik əldə edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında AZAL baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularıma təşəkkür edirəm. Sonadək mübarizə apardılar. Ötən oyuna nisbətən topla daha yaxşı oynayırdıq. Son dəqiqə qolu bizə 1 xal qazandırdı. Çox vacib xal idi. Çalışdıq müdafiədə diqqətli olaq. Bilirdik ki, əlimizdə düşən imkanlardan istifadə etməliyik. Belə də oldu.

– Kamil Hüseynovun durumu nə yerdədir?

– Tural və Kamilin hər ikisi zədələnib. Turalın zədəsi daha ciddidir. Hazırda bu barədə nəsə demək çətindir.

– 7-ci pillə ilə xal fərqi çoxdur. Bütün bunları nəzərə alaraq, futbolçuları necə motivasiya edirsiz?

– Oyundan oyuna motivasiya geri düşür. Bu, praktiki cəhətdən mümkün deyil. Sadəcə, futbolçuların özünəinamı var. Ümid sonda ölür. Onlar öz gələcəyini də düşünürlər.

– Hazırda heyətdəki 4 futbolçu “Qəbələ”də çıxış edib. Oyundan öncə sizə nəsə dedilərmi?

– Mən həmişə demişəm ki, keçmiş komandalarda olanları unudun. Bəlkə də ürəylərində bunu fikirləşiblər, amma mən onları başqa cür motivasiya etməyə çalışıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43