Premyer Liqa

Tərlan Əhmədov: “Futbolçuların maaşını verı bilmiriksə…”

Bu gün Aərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ” səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra keçirilən mətbuat konafransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

– Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Çalışdıq ki, qol buraxmayaq. Qarşıdan bizim 12 oyunumuz var. Ağır oyunlar olacaq. Yeni oyunçulara gəlincə, Madonun artıq çəkisi var. Yəqin ki, “Qəbələ” ilə oyunda meydanda olacaq. Digər oyunçular mənim çox xoşuma gəldi.

– Qırmızı vərəqə barədə nə deyə bilərdiniz.

– Bu barədə heç bir şərh vermək istəmirəm. Məncə, bu sualı qarşı tərəfə versəniz daha yaxşı olar. Hakimlikdə səhvlər onsuz da var. Biz danışsaq da, danışmasaq da, onsuzda var. Əgər qırmızı vərəqə verilibsə, deməli, var.

– Ot örtüyünün dəyişiləcəyi gözlənilirmi?

– Məni ot örtüyü düşündürmür.  Biz futbolçuların maaşını verı bilmiriksə, ot örtüyünü necə dəyişək?


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43