08 Sentyabr 2024
Ölkə futbolu

Tərlan Əhmədov gözünü “Rəvan”ın futbolçusuna dikdi – ÖZƏL

Birinci divizionda mübarizə aparacaq “Rəvan”ı daha bir futbolçu tərk edə bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, “sarı qırmızılılar”ın futbolçusu Ayaz Mehdiyev AZAL-dan təklif alıb.

“Rəvan”la hazırda da müqaviləsi olan Mehdiyev ilk növbədə klubu ilə məsələni yoluna qoymağa çalışır. Tərlan Əhmədovun heyətində gömək istədiyi Mehdiyev klubu ilə məsələni yoluna qoya bilsə o zaman AZAL təklifini dəyərləndirə bilər.

Qeyd edək ki, Ayaz Mehdiyevə Zaqatalanın “Simurq” klubu da elçi düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43